Kamran 1 oyuna 4 qol buraxdı

Kamran 1 oyuna 4 qol buraxdı

Çexiya çempionatında 15-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav”  səfərdə Praqa təmsilçisi “Dukla” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

Çempionatın bundan əvvəlki oyununda qırmızı vərəqə cəzası səbəbi ilə kənarda qalan Ağayev bu dəfə də start heyətində yer alıb və 4 qol buraxıb.

Qeyd edək ki, 15 oyundan  17 xalı olan “Mlada Boleslav” 10-cu yeri tutur.

Dosye.org

COMMENTS