Kamran Ağayev: “Kayserispor”a keçirəm”

Kamran Ağayev: “Kayserispor”a keçirəm”

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hazırda Türkiyədə səfərdədi. Fanat.az xəbər verir ki, futbolçunun tezliklə PTT 1-ci liqada mübarizə aparan klublardan biri ilə müqavilə bağlaması gözlənilir.

Artıq Kamranın hansı komandaya keçəcəyi də bəllidi. Ağayevin azerisport.az saytına verdiyi məlumata görə, o, “Kayserispor”la anlaşıb: “Hazırda Kayseridəyəm. Əgər hər şey normal getsə, bu gün “Kayserispor”la müqavilə imzalayacağam. Böyük ehtimalla mövsümün sonunadək müqavilə bağlayacam”.

Qeyd edək ki, “Kayserispor” hazırda PTT 1-ci liqanın liderid.

COMMENTS