Kamran Ağayev türk klubu ilə anlaşdı

Kamran Ağayev türk klubu ilə anlaşdı

Kamran Ağayev karyerasını Türkiyənin PTT 1-ci liqasında davam etdirəcək. Fanat.az ajansspor.com-a istinadən хəbər verir ki, millimizin üzvü “Karşıyaka” ilə anlaşıb.

Məlumata görə, ötən mövsüm “Kayserispor”da çıхış edən Kamranla klub rəhbərliyi arasında baş tutan ilk görüşdə anlaşma əldə olunmasa da, həftəsonu baş tutan ikinci görüşdə problemlər həll olunub. Artıq tərəflər bütün məsələləri razılaşdırıb. Yalnız müqavilənin imzalanması qalıb.

Qeyd edək ki, bundan “Karşıyaka”nın Bakı “İnter”indən ayrılan gürcü futbolçu Aleksandr Amisulaşvili, PAOK-dan ayrılan yunan forvard Dimitris Papadopulos, Danimarkanın “Randers” klubundan seneqallı hücumçu Cibi Fall, “Erciyəsspor”dan bosniyalı yarımmüdafiəçi Seniyad İbriciç, “Osmanlıspor”dan Bakari Soro, Tugay Kaçar və Ümit Nayir, “Gənclərbirliyi”ndən Tayfur Bingöl, “Trabzonspor”dan isə Gökhan Karadenizlə anlaşdığı deyilir.

COMMENTS