“Keşlə”nin kapitanı Kamran Ağayev zədəsini sağaldıb.
Klubdan Qol.az-a verilən məlumata görə, təcrübəli qolkiper dünəndən etibarən məşqlərə başlayıb. UEFA Millətlər Liqasının Farer adaları ilə ev oyununda (2:0) ayağından xəsarət alan qapıçının Topaz Premyer Liqanın 14-cü turunda “Sabah”a qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, Kamran zədə səbəbindən yığmamızın Millətlər Liqasında Kosovo (0:4), “Keşlə”nin isə “Qəbələ” (1:2) və “Qarabağ”la çempionat oyunlarında (1:5) meydana çıxa bilməyib.
Dosye.org
COMMENTS