Kanada İŞİD ilə mübarizədən geri çəkildi

Kanada İŞİD ilə mübarizədən geri çəkilib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kanada İraq və Suriyada beynəlxalq koalisiya gücləri ilə İŞİD-ə qarşı apardığı əməliyyatları dayandırıb.

Kanadanın yeni seçilən baş naziri  Castin Trudo  Kanada qırıcı təyyarələrinin bundan sonra İŞİD hədəflərini bombalamayacağını açıqlayıb.

C.Trudo ABŞ prezidenti B.Obamaya telefonla zəng edərək, Kanadanın İŞİD-ə qarşı beynəlxalq koalisiyasının güclü bir üzvü olmağa davam edəcəyini, lakin ölkəsinin hava əməliyyatlarından geri çəkildiyini bildirib.

ABŞ rəhbərliyi ilə koalisiya gücləri 2014-cü ilin avqust ayından etibarən İraq və Suriyada İŞİD-ə qarşı hava əməliyyatları başlatmış, Kanada da noyabr ayından etibarən bu əməliyyatlara daxil olmuşdu.

Qeyd edək ki, Kanada “CF-18” tipli qırıcı təyyarələri ilə bombardmanda yer alırdı.

COMMENTS