Kanadada 10 nəfər bıçaqlanaraq öldürüldü

Kanadada 10 nəfər bıçaqlanaraq öldürüldü

Kanada polisi Saskaçevan əyalətində 10 nəfəri bıçaqlayan və ən azı 15 nəfəri yaralayan iki cinayətkarı axtarır.

Bu barədə CBC telekanalı məlumat yayıb. Hadisə Ceyms-Smit-Kri-Nation qəsəbəsində, eləcə də Ueldon şəhərində baş verib.

Polis Demiyen Sanderson və Mayls Sandersonu axtarır. Axtarış zonasına Saskaçevan əyaləti, eləcə də qonşu Alberta və Manitoba əyalətləri daxildir. Qeyd olunub ki, cinayətkarlar təsadüfi insanları bıçaqlayıb öldürüb.

COMMENTS