Kanada ABŞ-ın qum torbası deyil.
Axar.az xəbər verir ki, bu sözləri Kanada Baş naziri Castin Trudo ABŞ-ın polad və alümünium idxalına yeni vergi tətbiqi ilə bağlı açıqlamasında deyib.
“Kanadanın polad sənayesinin ABŞ-a qarşı milli təhlükə yaratdığı barədə söylənilən fikirlər bizə təhqirdir. Trampın tarifləri ləğv etmək üçün nə istədiyini bilmirəm. Lakin bildiyim odur ki, amerikalılarla çiyin-çiyinə savaşan kanadalı hərbçilərin və Kanadanın ABŞ-a təhlükə yaratdığını demək qəbuledilməzdir”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl D.Tramp Avropa Birliyi ölkələri, Kanada və Meksikadan polad və alümünium idxalına qarşı yeni gömrük vergisi təyin edilməsi barədə qərar vermişdi.
Dosye.org
COMMENTS