Kannavaronun yeni klubu müəyyənləşdi

Kannavaronun yeni klubu müəyyənləşdi

İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaronun yeni komandası müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis Çinin “Tyantszin Suntszyan” klubunun baş məşqçisi təyin olunub.

Çinin II divizionunda çıxış edən klubla Kannavaro arasında iki illik müqavilə imzalanıb. O, daha öncə “Quançjou” və “Əl Nasr” klublarını çalışdırıb.

Qeyd edək ki, “Tyantszin Suntszyan” geridə qalan 12 turdan sonra 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

COMMENTS