“Kapital Bank” əməkdaşı vətəndaşı “razborkaya” çağırdı-ŞOK

“Kapital Bank” əməkdaşı vətəndaşı “razborkaya” çağırdı-ŞOK

“Kapital Bank” əməkdaşları borclu vətəndaşları hədələyir, onları “söhbətə” dəvət edir.

Bu barədə DOSYE.ORG-a məlumat verən mənbə vurğulayır ki, dünən günün ikinci yarısında “Kapital Bank”ın əməkdaşı 0123100891 nömürəli xidməti telefonu ilə vətəndaşa zəng edərək vətəndaşa təcili pulu ödənilməsini tələb edib.

Lakin borclu vətəndaş bir necə gün ödəyə bilməyəcəyini bildirərək bankın əməkdaşından vaxt istəyib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Özünü kriminal qruplaşmanın üzvü kimi aparan bank əməkdaşı vətəndaşa “yerini de gəlim danışaq” deyərək onu təqib edib.

DOSYE.ORG olaraq bildirmək istəyirik ki, ölkəmiz sivil və demokratik ölkələr sırasında yer alan və eyni zaman da vətəndaşlarının təhlükəsizliyinə qarant verən dövlətimiz və onun qanunları var. Sıradan bir bank əməkdaşı hansı haqla vətəndaşı təhdid edir, onu kiriminal aləminin dili ilə desək “rasborkaya” çağırır? Ümumiyyətlə işə qəbulu zamanı bu cür şəxslərin psixoloji durumu yoxlanılırmı?

Əgər doğrudanda vətəndaş götürdüyü öhtəliyi yerinə yetirmirsə və yaxud banka olan borcu ödəmirsə, təbii ki, qanun qarşısında cavab verməli olur. Bunun üçün məhkəmənin qərarı yetər ki, vətəndaş məsüliyyətə cəlb edilsin.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən məsələni nəzarətə götürülməyini xahiş edirik.

 

COMMENTS