Kapital Bankdan Xocalı köçkünlərinə dəstək

Sosial məsuliyyət layihələrini uğurla davam etdirən Kapital Bank Ramazan bayramı ərəfəsində də nəcib bir təşəbbüsə imza atıb.

 

Bank Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək göstərməyə qərar verib. Bankın maliyyə dəstəyi ilə onlar üçün yeni su hövzəsi tikilməkdədir.

İstifadə edilən köhnə su hövzəsi təmirsiz olduğundan ərazidə içməli su ilə bağlı ciddi çətinliklər vardı. Amma indi işlər başa çatdırıldıqdan sonra Xocalı köçkünləri Kapital Bankın onlara hədiyyə olaraq inşa etdiyi yeni su hövzəsindən faydalana biləcəklər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

COMMENTS