Yeni təyin olunan müdir Elşən Yusibov həm işçiləri, həm də vətəndaşları bezdirib Bank sektoru ölkəmizin maliyyə sisteminin mühüm elementini təşkil edir.
Hazırda banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir. Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də liberal islahatlar aparıldı.
Özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bir sözlə, dövlət səviyyəsində bank sektorunun inkişaf etdirilməsinə, xüsusən də özəl bankların fəaliyyətinin genişlənməsinə hər cür şərait yaradılır. Təəssüf ki, bəzi hallarda müxtəlif banklarda rəhbər vəzifələri tutan şəxslər işlərinin öhdəsindən layiqincə gələ bilmirlər, üstəlik bu azmış kimi vətəndaşlara əlavə problemlər yaradırlar. “Kapitalbank”ın Şirvan filialında da xoşagəlməz vəziyyət hökm sürür. Bu barədə şəhərdəki mənbələrdən gundelik-baku.com-a məlumat daxil olub. Məlumata görə, filiala yenicə müdir təyin olunan Elşən Fazil oğlu Yusibov insanları incitməklə məşğuldur:
«O bu təyinata qədər bankın 1 saylı Xətai rayon filialının müdiri işləyib. Elşən müəllim təcrübəli işçilərin bir hissəsini əsassız olaraq işdən kənarlaşdırmağa başlayıb. Onların yerinə isə özünə yaxın adamları təyin edir. Hazırda “Kapitalbank”ın Şirvan filialında acınacaqlı durum yaşanır. Vətəndaşlar filialdan kredit götürərkən əlavə problemlərlə üzləşir, süründürməçiliyə məruz qalırlar. Camaat onun əlindən cilov gəmirir. Ölkənin ən köklü banklarından biri hesab edilən “Kapitalbank”ın rəhbərliyi vətəndaşların maddi durumunu nəzərə alaraq onlara güzəştli kreditlər təklif edir. Hətta maaşını bu bankın kartı ilə alan insanlara tək şəxsiyyət vəsiqəsi ilə kredit verilir.
Lakin Şirvan filialının yeni müdiri bankın prinsiplərini heçə sayaraq öz bildiyi kimi hərəkət edir. Kredit götürmək üçün bura müraciət edən, amma “görüm-baxım” etmək istəməyən vətəndaşların işi qəsdən çətinə salınır”. Etibarlı mənbənin bildirdiyinə görə, bank müdirinin imza atdığı özbaşına əməllərdən biri də inkassator maşını sürən şəxslərin Bakıya ezamiyyəti ilə bağlıdır: “Filialda inkassator maşınının sürücüsü işləyən şəxslər ayda bir neçə dəfə paytaxta gəlib pul aparırlar. Həmin vaxt müdir onlara ezamiyyət pulu yazır. Amma bu günə qədər heç bir sürücü o pulu ala bilməyib. Elşən müəllim ezamiyyət pullarını özünə götürür.
Bunu bankda işləyən insanlar da təsdiqləyə bilər. Digər tərəfdən, bankda işləmək istəyən vətəndaşlar müdirin “tələb”lərini yerinə yetirməklə buna nail ola bilərlər. Şirvanda vətəndaşların müəyyən hissəsi pensiyalarını vaxtında ala bilmir. Baş idarədən pul vaxtında köçürülür. Buna baxmayaraq, filial rəhbəri yüz minlərlə vəsaiti bir, hətta iki həftə gecikdirir və nəticədə həmin puldan yüksək faiz əldə olunur». Filial müdiri ilə bağlı redaksiyamıza daxil olan məlumatların yerdə qalan hissəsini növbəti yazımızda oxuyacaqsınız. Qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com
Dosye.org
COMMENTS