Top.Mail.Ru

Karantinə alınan jurnalist: “Qayıdan kimi bizi karantinə alaraq xəstəxanaya yerləşdirdilər”

Karantinə alınan jurnalist: “Qayıdan kimi bizi karantinə alaraq xəstəxanaya yerləşdirdilər”

Azərbaycan Dövlət Neft və Sənaye Uuniveristetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov koronavirus təhlükəsi səbəbindən karantinə alınıb. 
Bu barədə onun həyat yoldaşı telejurnalist Günay Malikqızı özünün “Facebook” hesabında məlumat verib. Məsələ ilə əlaqədar Bəhruz bəylə əlaqə saxladıq. O, “Sherg.az”a açıqlamasında vəziyyətinin yaxşı olduğunu dedi: “Biz universitetin bir layihəsi ilə bağlı İspaniyanın paytaxtı Barselonaya səfər etmişdik. Viza, bilet məsələləri əvvəlcədən həll olunduğuna görə səfəri təxirə sala bilməzdik. Qayıdan kimi bizi karantinə aldılar və Cəliləbad rayonunda yerləşən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdilər. Bir neçə dəfə koronavirus əleyhinə test olunduq. Cavablar neqativ çıxdıqdan sonra evə buraxıldıq”.
ADNSU- in sözçüsü deyir ki, klinikada onlara yüksək diqqət göstərilib:
“Karantində olduğumuz müddət ərzində daim bizim səhhətimizi nəzarətdə saxlayır, bir problemin olub- olmadığı ilə maraqlanırdılar. Buna görə bütün tibbi personala öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Azərbaycan məsələyə olduqca həssas yanaşır. İspaniyada belə deyil. Təyyarədə ancaq azərbaycanlılar tibbi maska taxmışdılar”.
DOSYE.ORG

COMMENTS