Karantin rejimini pozan çayxana aşkar edildi – FOTO

Karantin rejimini pozan çayxana aşkar edildi – FOTO

Saatlıda karantin rejimini pozan çayxana aşkar edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına riayət etməyən çayxana aşkar edilib.

Aşkar edilən obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, onların hər birinə xəbərdarlıq edilib.

COMMENTS