Karvalyo: “Bakının bu qədər dəyişməsi təəccüblüdür”

Karvalyo: “Bakının bu qədər dəyişməsi təəccüblüdür”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ın qonağı olacaq “Monako”nun müdafiəçisi Rikardo Karvalyo Bakı ilə bağlı fikirlərini bölüşüb.

 Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün bulvara gəzintiyə çıxan portuqaliyalı futbolçu Bakının əvvəlki illərlə müqayisədə dəyişdiyini bildirib:

 “Bir neçə il əvvəl Portuqaliya yığması ilə Bakıya səfər etmişəm. Bakının bu qədər dəyişməsi təəccüblüdür. Bu şəhər hazırda çox gözəlləşib”.

 Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Monako” oyunu saat 20:00-da başlayacaq.

COMMENTS