Kasıb korun Prezidentə müraciəti

Dosye.org-ın elektron ünvanına Ucar rayon Qazian  kənd sakini 1 ci qrup gözdən əlil Qədirov Rafiq İsrail oğlu tərəfindən məktub daxil olub. Vətəndaş ünvanladığı məktubda birbaşa ölkə başçısına müraciət edir. Oxucuların xahişini nəzərə alıb müraciəti olduğu kimi ixtiyarınıza veririk.
 
Mən Qədirov Rafiq İsrayıl oğlu Ucar rayon Qazian kənd sakini 1 ci qrup gözdən əlil vətəndaş kimi mətbuatla ölkə prezidenti İlham Əliyevə, nazir Səlim Müslümova müraciət edərək onlardan xaiş edirəm ki, iki gözüdə tamam kor olan bir insanın səsin eşitsinlər.
Neçə illərdir ki aldığım travmadan gözlərim görmə qabiliyyətini tamam itirmişdir və uzun illərdirki dünya işığına kor baxıram. Mən kasıb və sosial problemlər içində dərlərimlə mübarizə aparan bir insanam . İki övladım vardı biri kasıblıqdan müalicəsi düzgün aparılmadığı üçün vəfat etdi . Neçə müddətdirki mən Ucar rayon Sosial Müdafiə Mərkəzinə gedirəm və o idarənin müdiri Elxan Rəhimovun qəbuluna düşmək Səlim Müslümovun qəbuluna düşməkdən çətindir.
Bir ay dayanmadan o idarəyə dəfələrlə getdikdən sonra axırı Elxan müəllim məni qəbul etdi və ondan xaiş etdimki mənə Baki Şəhərində Korlar Cəmiyyətində deyiblərki gözdən əlillərə yardım verilməsi üçün sənədlər hazırlayıb təqdim etməliyəm xaiş edirəm mənə həmin sənədləri hazırlamaqda idarəniz köməklik etsin . Cavabında isə Elxan müəllim bildirdiki sənə lazımdısa mən beş manat çay pulu verim get evinə mənim işim gücüm var boş boş şeydən ötrü məni narahat etmə . Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə.
Elxan Rəhimov Ucar Sosial Müdafiə Mərkəzinə gəldikdə sonra aldığım sosial yardım azaldıldı . Bundan əlavə mən birinci qrup əlil olduğum üçün mənə baxılması üçün qəyyumun və himayəçinin təyin edilməsi üçün müayinə aktının tərtib edilməsi üçün müraciətimi isə Elxan rəhimov cavabsız qoymuşdur.
Birinci qrup əlil, iki gözü görməyən sosial problemlər içində boğulan kasıb vətəndaş kimi ölkə rəhbəri İlham Əliyev sizdən xaiş edirəm ki Ucar rayonu Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Elxan rəhimov haqda ciddi tədbir görəsiniz o insanın işi gücü o idarədə mənim kimiləri ələ salmaqla məşğul olmaqdır. Azaldılmış sosial yardımım yenidən əvvəl neçə manat alırdımsa bərpa edilsin , Mənə baxılması üçün qəyyumluğun müayinə aktı tərdib edilməsinə yardım edilsin, Və Gözdən Əlillər Cəmiyyətindən müəyyən yardım almağım üçün sənədlərin hazırlanmasında mənə köməklik edilsin.

Qədirov Rafiq İsrayıl oğlu

Dosye.org

COMMENTS