Kaşukla Azərbaycandan kimlər maraqlanır?

Kaşukla Azərbaycandan kimlər maraqlanır?

2023-cü ilin yayında “Sabah”dan ayrılan Aleksey Kaşuk Xorvatiyanın “Hayduk” klubunun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, bu haqda həmin ölkənin “Dalmatinskiportal” saytı məlumat yayıb. Qeyd edilib ki, müqavilə ilə 2024-cü ilin yayına qədər Donetsk “Şaxtyor”una məxsus olan 23 yaşlı futbolçu həmin komandada ehtiyatdadır və klubunu dəyişmək istəyir.

Saytına yazdığına görə, Ukraynadan daxil olan məlumata əsasən, Kaşuka Bakının “Neftçi” klubundan da təklif daxil olub. “Bu, təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, Kaşuk ötən mövsümün sonuna kimi icarə qaydasında Azərbaycanın “Sabah” komandasında oynayıb və 33 matçda əla göstəriciyə imza atıb. O, 16 qol vurub, 10 qolun isə ötürməsini edib”.

Xəbərdə qeyd edilib ki, Kaşukla “Qarabağ” da maraqlanıb: “Amma görünən budur ki, Kaşuk məsələsində “Hayduk”un əsas rəqibi “Neftçi”dir”.

COMMENTS