Keçmiş deputat həbs edildi – Qanunsuz səs yazısı

Keçmiş deputat həbs edildi – Qanunsuz səs yazısı

CHP-dən seçilən keçmiş deputat və “Qarşı” qəzetinin redaktoru Ərən Ərdəm haqqında həbs qərarı verilib.

Dosye.org  xəbər verir ki, İstanbul Prokurorluğu, İstanbul Ağır Cəza Məhkəməsinin Ərdəmin sərbəst buraxılması ilə bağlı qərarına etiraz edib.

Belə ki, prokurorluq atılan cəzalarla bağlı cərimə miqdarı və qaçma ehtimalını nəzərə alaraq Ərdəm haqqında həbs qərarı istəyib.

Etirazın dəyərləndirilməsindən sonra Ərən Ərdəmin həbs edilməsinə qərar verilib.

Qeyd edək ki, Ə.Ərdəmin rəhbərlik etdiyi “Qarşı” qəzeti 2013-cü il FETÖ-nun 17-25 dekabr olayları ilə bağlı qeyri-qanuni səs yazıları yaymışdı.

Dosye.org

COMMENTS