Keçmiş deputatın bacısı qızı koronavirusdan öldü – Açıqlama

Keçmiş deputatın bacısı qızı koronavirusdan öldü – Açıqlama

CHP-nin Amasiya bölgəsi üzrə keçmiş deputatı Ramiz Topalın bacısı qızı koronavirusdan ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan 33 yaşlı Dilək Tahtalı martın 10-da qrip diaqnozu ilə xəstəxanaya yatırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Acı xəbərlə bağlı açıqlama verən sabiq deputat deyib ki, Dilək xərçəng xəstəliyindən əziyyət çəkirmiş: “Lakin o, martın 10-da qriplə xəstəxanaya yatırıldı. Öülüm raporunda da vəfat səbəbi “yolxucu xəstəlik” göstərilib”.

DOSYE.ORG

COMMENTS