Keçmiş polis işçisi Elmar Məmmədyarova müraciət etdi

Keçmiş polis işçisi Elmar Məmmədyarova müraciət etdi

elo.jpg

Balakişi Hüseynov Elmar Məmmədyarovu Almaniya parlamentinin qəbul etdiyi «erməni soyqırımı» qərarına qarşı diaspora ilə birgə mübarizəyə çağırıb

Keçmiş polis əməkdaşı, hazırda təqaüddə olan, Masallı şəhəri, N.Nərimanov küçəsi 7 ünvanda yaşayan Balakişi Hüseynov xarici İşlər Naziri Elmar Məmmədyarova müraciət edib. JAM.AZ müraciəti olduğu kimi təqdim edir:

«Çox hörmətli cənab Nazir! Demokratik dəyərlərin qarantı olan bir dövlətin Xarici İşlər Naziri kimi rəhbərliyiniz dövründə dünyada sülhün və demokratiyanın bərpa olunmasına köməklik göstərəcəyinizə və fəaliyyətinizlə bunu sübut edəcəyinizə bir azərbaycan vətəndaşı kimi tam əminəm. Eyni zamanda bünövrəsi müstəqil Azərbaycan dövlətinin ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilənb Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminik. İnanıram ki, hörmətli cənab nazir, Sizin də yaxından köməkliyinizlə uzun müddətdir ki, həllini tapmayan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olmasına böyük təsir göstərəcəyinizə inanırıq. İnanıram ki, Sizin bütün xarici səfərlərinizdə getdiyiniz ölkələrdə işğalçı Ürmənistan tərəfindən törədilən Xocalı soyqırımını ardıcıl olaraq Avropa ölkələrinin rəhbərlərinin nəzərinə çatdırmaq lazımdır. Türkiyə-Azərbaycan diasporaları hər iki ölkə tərəfindən güclü maliyyələşdirilməli, düşmənin hər bir hərəkətinə qarşı adekvat cavab verilməlidir. Belə ki, hamımıza məlumdur ki, ağrılı Dağlıq Qarabağ problemimiz var. Torpaqlarımızın 20 %-i (faizi) erməni işğalı altındadır və bir milyondan yuxarı həmvətənlərimizin qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Hal-hazırda bu problemin həlli istiqamətində dövlətimiz tərəfindən böyük işlər görülür. lakin buna baxmayaraq Azərbaycanın-Türkiyənin haqq səsinin, istərsə də Azərbaycan-Türkiyə reallıqlarınbın dünyaya çatdırılmasında müvafiq informasiya mənbələrini dinləyərkən reallığın tam əks olunmamasının şahidi oluruq. Odur ki, hal-hazırda bütün sahələr üzrə gedən inkişafın və haqq səsimizin dünya dövlətlərinə olduğu kimi çatdırılmasında, xüsusilə Avropa və Amerika məkanında Azərbaycan-Türkiyə əleyhinə erməni diasporası tərəfindən səslənən yalan və böhtan xarakterli informasiyaların qarşısını almaq, onlara yerində layiqlı cavab vermək, eyni zamanda Avropa-Amerika məkanında iqtisadi, siyasi və hərbi sahələrdə gedən inkişafın bizə ötürülməsi üçün yeni informasiya mənbələrinin dünyanın aparıcı dövlətlərində yaradılması məqsədə uyğun hesab edirəm. Bu məsələnin reallaşmasında tərəfinizdən böyük köməklik göstərəcəyinizə tam əminəm. Avropa və Amerika qitələrində telekanalların açılması, Cənubi Qafqazda baş verən qeyri-qanuni hadisələr barədə informasiyanın bu telekanalların köməyi ilə ötürülməsi, erməni yalanlarını uyduran və yayan yazıçı və jurnalistlərin senatorların, deputatlarınbu telekanallara çağırılaraq onların ifşa olunması vacib məsələlərdən biridir. Erməni Tərəfindən arqumentləri nə qədər əsassız olsa da, ermənilərin güclü təbliğat mexanizminin, ABŞ və Avropada fəaliyyət göstərən diasporunun həqiqətən uzaq olan ideyalarının qarşısı tez bir zamanda alınmalıdır. Bu informasiyamüharibəsinin bizə qarşıdan gələn zərbəni vaxtında dəf edə bilmədiyimiz üçün Almaniya Bundestaqı erməni soyqırımını tanımışdır. Ancaq Alman Budestaqı bilməliydi ki, 1914-cü ildə birinci dünya müharibəsində Almanıya Türkiyə ilə müttəfiq idi. Müraciətimdə bir daha bildirirəm ki, Hörmətli cənab Nazir, bu informasiya savaşında həm Azərbaycan və həm də Türkiyə vaxtındaadekvat cavab verə bilımədiyi üçün Almaniya Bundestaqı çox rahatlıqla həmin soyqırımı qəbul etdi. İki dünya müharibəsini başlamış bir dövlət yüz milyonlarla yəhudiləri məhv etmiş və bununla hansı soyqırımı qəbul edə bilər? lakin biz ruhdan düşməməliyik. Respublikanın və Türkiyənin Xarici İşlər naziri, və yenə də hər iki xalqın diasporaları öz güclərinigöstərməlidirlər.

Təsadüfü deyil ki, Avropa İttifaqının Ankara qarşısında qoyduğu çoxsaylı tələb və tövsiyyələr Türkiyə vətəndaşlarının əksəriyyətini narahar edir. Hər şeydən əvvəl bu qondarma erməni soyqırımının tanınması ilə bağlıdır. Bir müddət əvvəl Türkiyənin Aİ-yə üzvlüyünə qarşı çıxışı ilə tanınan Fransa pralamenti soyqırımı inkar edən şəxslərin məsuliyyətə cəlb edilməsinə dair qanun layihəsini müzakirəyə təqdim edib. Məlum olduğu kimi Avstriyada, Almaniyada və elə Fransanın özündə indiyədək belə bir qanun yalnız Xolokost ilə bağlı qüvvədə idi.

Ankara probleminin tarixi köklərini araşdırmaq üçün istənilən arxiv materialları və sənədləri tədqim etməyə hazır olduğunu bildirsə də, Avropa hökümətləri hələ də Yerevana inanmağa üstünlük verirlər. Artıq erməni soyqırımının tanınması məsələsi Ermənistan-Türkiyə münasibəti çərçivəsindən çıxıb. Yerevanın tərəfdarları iddia edir ki, Ankara bağlı saxladığı Avropa ərazisində qalmış yeganə bağlı sərhədi açmalıdır.

Azərbaycan respublikasının prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin Dağlıq Qarabağın azad edilməsi uğrunda verəcəyi əmri səbirsizliklə gözləyirik və elə bilirik ki, bu qələbə çox da uzaqda deyil.

Bu qələbə başa çatandan sonra Xankəndində ulu öndər Heydər Əliyev cənablarının şərəfinə ucaldılan möhtəşəm abidənin önündə 1945-ci il 9 May qələbə günü faşist almaniyasının bayraqları ayaq altına atıldığı kimi mənfur erməni faşitlərinin də məğlub olmuş bayraqları ulu öndərin abidəsinin qarşısına atılacaq və tapdalanacaq.

Mən özüm də Respublikamızın Daxili işlər orqanlarında xidmət etmişəm. General Ramil Usubov məktəbi keçmişəm. Dövlətə və xalqıma sədaqətli bir əsgərəm. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə bir olan Allahdan rəhmət arzulayıram və elə bilirəm ki, onların qanı yerdə qalmayacaq”.

Dosye.org

COMMENTS