Top.Mail.Ru

Keçmiş polis narkotik satdığına görə həbs edildi

Keçmiş polis narkotik satdığına görə həbs edildi

Yasamal Rayon Məhkəməsində narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən keçmiş polis əməkdaşının məhkəmə prosesi keçirilib. 

“Yeni Sabah”ın məlumatına görə, hakim Murad Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.3 və 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Fərhadov Peyman Fərhad oğlunun həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb və istintaq orqanının vəsatəti təmin edilib.

Qeyd edək ki, P.Fərhadova cinayət işi Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində başlanılıb.

Xatırladaq ki, Fərhadov Peyman Fərhad oğlu 2014-cü ildə avtoxuliqanlıq etdiyinə görə, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayı sıralarından xaric edilib. Belə ki, P. Fərhadov metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili ilə yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. P.Fərhadovu idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra saxlamaq mümkün olub. Araşdırma zamanı onun polis əməkdaşı olduğu üzə çıxıb. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb və Fərhadov Peyman Fərhad oğlu 1 il müddətinə sürücülük hüququndan məhrum edilərək 500 manat miqdarında cərimə olunub.

DOSYE.ORG

COMMENTS