ABŞ dövlət katibi Con Kerri İŞİD-in əsas komandirlərinin yarıdan çoxunun öldürüldüyünü deyib.
Musavat.com-un məlumatına görə, İngiltərədə keçirilən İŞİD-lə mübarizə toplantısında iştirak edən Kerri Suriya və İraqda son 4 ayda İŞİD-ə qarşı aparılan əməliyyatlardan danışıb. Kerri İraq və beynəlxalq tərəfdaşlarının İŞİD-ə qarşı mühüm nailiyyətlər əldə etdiyini qeyd edib.
Sentyabr ayında Brüsseldə keçirilən görüşdən bu yana terror təşkilatına qarşı Suriya və İraqda 2 minə yaxın hücum həyata keçirildiyini bildirən Kerri deyib: “İŞİD-in yüksək səviyyəli komandirlərinin 50 faizi öldürülüb. Təşkilata məxsus yüzlərlə avtomobil və tank məhv edilib. İŞİD-in istifadə etdiyi təxminən 200 neft və qaz kompleksi sıradan çıxarılıb”.
COMMENTS