Keşiş xalqa səsləndi: “Sabah Nikol Paşinyana…”

Keşiş xalqa səsləndi: “Sabah Nikol Paşinyana…”

“Sabah Azadlıq meydanında Paşinyana kəskin fikir ayrılığımızı bildirməliyik”.

Bunu arxiyepiskop Baqrat Qalstanyan deyib.

O bildirib ki, sabah Opera binası yaxınlığında beynəlxalq iqtisadi forum keçiriləcək və orada hökumətin başçısı da çıxış edəcək.

“Mən vətəndaşları həmin yerdə olmağa və Paşinyanın siyasəti ilə razılaşmadığımızı bildirməyə çağırıram. Biz Nikol Paşinyana dinc, lakin qəti fikir ayrılığımızı bildirməliyik. Onlar bilməlidirlər ki, bizim canımız bahasına qərar qəbul edə bilməyəcəklər və sakit şəkildə yaşamayacaqlar”, – Qalstanyan vurğulayıb.

COMMENTS