Top.Mail.Ru

“Keşlə”nin qapıçısı millinin rekordçusudur

“Keşlə”nin qapıçısı millinin rekordçusudur

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.

Qeyd edək ki, Namaşko 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm “Keşlə”nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.

DOSYE.ORG

COMMENTS