Üç uşaq KFC-nin yeməklərindən zəhərlənib. Bu barədə uşaqların valideynləri məlumat veriblər.
Onların sözlərinə görə, uşaqlar dünən günorta saatlarında 28 May metrosunun yaxınlığında yerləşən KFC-də yemək yeyiblər.
Axşam hər 3 uşağın vəziyyəti pisləşib.
Bu gün səhər saatlarında uşaqlar xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır.
Dosye.org
COMMENTS