Xırdalanda açıq-aşkar işləyən gizli qumarxana var

Xırdalan şəhər sakini Aytən Tahirova mətbuata ilk baxışda qəribə görünən bir xahişlə müraciət edib. O, oğlunun evdən pul oğurlayıb qumarxanada uduzmasından şikayətçidir.

Aytən Tahirova bu barədə virtualaz.org saytının redaksiyasına ünvanladığı şikayət məktubunda bildirib.

Xırdalan şəhər sakini A.Tahirova oğlunun bir ay ərzində evdən 1500 manat oğurladığını və qanunsuz fəaliyyət göstərən qumarxanada uduzduğunu bildirib.

A.Tahirova həmin gizli qumarxananın Xirdalan şəhərində “Kapital bank”ın filialının yaxınlığında, “Talışlar binası” adlanan yaşayış binasının yanında olduğunu və açıq-aşkar fəaliyyət göstərdiyini qeyd edir.

Narazı ana məsələ ilə bağlı aidiyyəti qurumların heç bir iş görmədiyini deyərək Abşeron Rayon İcra Hakimiyyətindən və polisdən narazılığını dilə gətirib. O, həmin obyektin fotolarını da redaksiyamıza göndərib.

İş günü olmadığından Abşeron RİH-dən məsələyə münasibət öyrənə bilmədik, Abşeron Rayon Polis İdarəsindən isə zənglərə cavab verilmədi. Mövzunu geniş şəkildə araşdırmağa çalışacağıq.

COMMENTS