Xalq artisti: “Çətin günlərimi arxada qoydum”

Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynov tam sağalacağına ümid edir

Rafiq Hüseynov aznews.az-a açıqlamasında bildirib ki, özünü çox yaxşı hiss edir və növbəti dəfə müayinədən keçmək üçün avqustda Türkiyəyə gedəcək.

R. Hüseynov işə çıxdığını və müalicəsinin effektinin olacağına ümid etdiyini də qeyd edib: “Hazırda iş başındayam. Mənə elə gəlir ki, çətin günlərimi arxada qoydum”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

COMMENTS