Xocəvənd icra başçısının sürücüsü yol polislərinə tabe olmadı

Bu gün saat 14:00 radələrində “Memar Əcəmi” metro stansiyası yaxınlığında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının xidməti avtomobili qəza şəraiti yaradıb.

 

Dosye.org XALQ.AZ-a istinadən xəbər verir ki,  “Toyota” markalı “28 AA 001” Dövlət nömrə nişanlı avtomobil “Memar Əcəmi” metro stansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsində sərt manevr edərək qəza şəraiti yaradıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qeyd edək ki, həmin vaxt icra başçısı Eyvaz Hüseynov xidməti avtomobildə olmayıb.

COMMENTS