Kilsə hərəkətə keçdi – II Qaregin Paşinyanın “qələmini qırdı”

Kilsə hərəkətə keçdi – II Qaregin Paşinyanın “qələmini qırdı”

Ermənistan müxalifətinin hakimiyyətə qarşı hərəkatının lideri, deputat İşxan Saqatelyan katalikos II Qareginlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Görüşün gecə saatlarında baş tutduğu bildirilib. Görüşdə Qaregin və Saqatelyanın ölkədəki son gəlişmələrin müzakirə olunduğu bildirilib.

Saqatelyanın bundan sonra keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla yanaşı, müdafiə və xarici işlər nazirləri ilə görüşmək istədiyi deyilib.

Gecə saatlarında müxalifət İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiya keçirib. Azsaylı kəsimin iştirak etdiyi aksiyada Paşinyan istefaya çağırılıb.

Son zamanlarda Paşinyanla ermənilərin dini lideri Qaregin arasındakı gərginlik diqqət çəkir.

“Hraparak”a görə, Paşinyanla Apostol Kilsəsi arasında əlaqə 44 günlük müharibədən sonra geridönməz şəkildə pozulub:

“Bu il də o, katolikos II Qaregini avqustun 21-də qeyd olunan ad günü münasibəti ilə təbrik etməyib. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra üç il ardıcıl olaraq onu təbrik edib.

Müharibədən sonra katolikos hakimiyyəti açıq şəkildə tənqid etdikdən sonra Paşinyanla münasibətlər pozulub. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan mediaya katolikosun fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb”.

COMMENTS