Top.Mail.Ru

“Kim oynamaq istəmirsə, gedə bilər” – “Sabah”ın baş məşqçisi

“Kim oynamaq istəmirsə, gedə bilər” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/8 final mərhələsində “Ağsu”ya 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib.

– Bunu deyə bilərəm ki, ilk hissə istədiyimiz kimi olmadı, yaxşı oynamadıq. Fasilədə uşaqlara dedim ki, bilmirəm bundan öncə necə olub, ancaq indi hamı sübut etməlidir ki, kim həqiqətən oynamaq istəyir. İstər Amadu, istər Təmkin, istərsə də digərləri, kim oynamaq istəmirsə, gedə bilər. Onları tribunaya da göndərə bilərəm. Qalib gəldik, hesab da normaldır. Belə olmalı idi. Çox da məmnun deyiləm ki, Məhəmməd və Kərim 2 ardıcıl oyun oynadılar. Komandada gənclərin də oynamasını istəyirdim və onlara liderlik edə biləcək Kərimi və Məhəmmədi oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Nəticə önəmli deyil, 5, 10, 20. Bizim ilk hissədə göstərdiyimiz oyunu istəmirdik. Mən gəldikdən sonra belə oyun görmək istəmirəm.

– Növbəti tur “Qəbələ” ilə oynayacaqsınız. Nə düşünürsünüz?

– “Qəbələ” ilə görüş belə olmayacaq. Bu gün daha çox gənclərə şans verdik. “Qəbələ” ilə iki matçımız olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik.

– Qış fasiləsində komandanı tərk edənlər çox olacaq?

– Oyunçular nəyə qadir olduqlarını yeni baş məşqçiyə göstərməlidirlər.

– Komandada görüləcək iş çoxdur?

– Hər məşqçi gəldikdən sonra nələrisə dəyişmək istəyir. Sistem mənim üçün vacib deyil. Önəmli olan futbolçuların özlərini göstərməsidir. Məşqdə nə ediriksə, oyunda da bunu təkrarlayırıqsa, vacibdir. Sistem də vacibdir. Ötən oyundan sonra bunu səhv anlamışdılar.

– Rocer Roxasla bağlı fikirləriniz nədir?

– Tək Roxas haqda danışmaq istəmirəm. Ulise Diallo da bu gün 3 qol vura bilərdi. Oyunçu gəlib, qapımı döyüb deməlidir ki, bax, mən 3-4 qol vurdum, mənə şans ver.

DOSYE.ORG

COMMENTS