Kişilərin nəzərinə: erkən boşalmanın üstünlükləri

Hər 10 kişidən 7-si həyatının bir dövründə erkən boşalma probemi ilə qarşılaşıb, ya da hələ də bununla mübarizə aparır.

 

Cinsəlliklə bağlı həkimlərə müraciət edənlərin çoxunun problemi erkən boşalmadır.

Erkən boşalma (təcrübəsiz boşalma, istəmədən boşalma) kişinin boşalmaq istəməməsinə, yəni cinsi yaxınlığı davam etdirmək arzusuna rəğmən tam cinsi doyum yaşamadan öz iradəsindən kənar boşalması olaraq bilinir.

Kişilərin erkən boşalmanın təsirindən pis olduğunu deyən seksopatoloqlar erkən boşalmanın üstünlüklərinə diqqət çəkiblər. Bunlar hansılardır?

Erkən boşalma kişidə orqanik bir problemin olmadığının, cinsi funksiyaların yerində olduğunun sübutu ola bilər.

Erkən boşalma cinsi istək və arzunun yüksək olması, qadının cazibədar olmasının göstəricisidir.

Qısa müddətli də olsa, keyfiyyətli bir ereksiya yaşada bilir.

Erkən boşalmanı müalicə etmək isəyən kişilər birdən çox cinsi yaxınlıqda olduğu üçün cinsi performansı da yüksək olur.

Bu çatışmazlığı yox etmək üçün kişi xanımına yaxşı davranır və onun xəyalındakı həyat yoldaşı tipinə çevrilir.

Qadının sağlamlığı, yaxud hamiləliyi uzun müddətli cinsi yaxınlığa icazə vermədiyi hallarda erkən boşalma qadınlar üçün rahat olur.

Bu problemi birlikdə həll etməyə çalışan cütlüklərdə evliliyin keyfiyyəti artmış olur.

Bəzi ölkə toplumlarında gənc kişilərdə erkən boşalma kişinin çoxalma qabiliyyətinin yüksəkliyini göstərən bir xüsusiyyət hesab olunur.

COMMENTS