KİVDF-nin saytından məlumatları kim silib? (FOTO)

KİVDF-nin saytından məlumatları kim silib? (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəsmi saytı işləsə də, saytın bütün məlumatları silinib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Fondunun İcraçı direktoru Vüqar Səfərli tutduğu vəzifəsindən azad olunmuşdur.

Yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılmışdı. Fondda ciddi audit yoxlamalarının aparıldığı bildirirlirdi.

Xatırladaq ki, 1999-cu ildən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsini daşıyan Vüqar Səfərli Prezidentin sabiq köməkçisi Əli Həsənovun kadrı idi. //Konkret.az

DOSYE.ORG

COMMENTS