Kiyevə kütləvi raket hücumu: 9 ölü, 63 yaralı var – FOTO

Kiyevə kütləvi raket hücumu: 9 ölü, 63 yaralı var – FOTO

Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi raket hücumu həyata keçirib.

DOSYE.ORG UNIAN-a istinadən xəbər verir ki, Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər həlak olub.

Qeyd olunub ki, hava zərbələri nəticəsində 63 nəfər xəsarət alıb, onlardan 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.

“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, – məlumatda bildirilir.

COMMENTS