Kiyevin ətrafında güclü müdafiə istehkamları tikilib

Kiyevin ətrafında güclü müdafiə istehkamları tikilib

Rusiyanın genişmiqyaslı hücumundan sonra Kiyevin ətrafında yüzlərlə kilometr istehkam və bir neçə müdafiə halqası tikilib.

Modern.az xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı Oleksandr Pavlyuk telemarafonda bildirib.

“Bir il ərzində bu vəzifədə biz çox böyük iş görmüşük. Bu, təxminən 1000 kilometr istehkam, Kiyevin üç müdafiə halqasıdır. Biz Çernobıl istiqamətini çox gücləndirmişik. Düşmənin qəfil hücum variantlarının qarşısını almaq üçün müdafiə istehkamları artırılıb”, – deyə o vurğulayıb.

Quru Qoşunları komandanının sözlərinə görə, bu gün paytaxtın müdafiəsi qurulur və möhkəmlənir.

“Artıq uzunmüddətli beton istehkamlar tikilir. Çünki belə qonşuya sahib olan ölkə müharibəyə daim hazır olmalıdır. Ukraynanın mövcudluğu Kiyevdən asılıdır”, – deyə Pavlyuk əlavə edib.

COMMENTS