Klinton mitinqlərə başlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Demokrat Partiyasından prezident postuna iddiaçı olan Hillari Klinton seçkidən əvvəl mitinqlərə başlayıb.

ANS PRESS-in məlumatına görə, gələn il keçiriləcək prezidentlik postu uğrunda mübarizəyə qoşulan xanım namizəd ilk böyük mitinqini Nyu-York şəhərində keçirib.

Seçki mitinqində iştirak edənlərin əksəriyyəti gənclər olub.

Klinton çıxışı zamanı yoxsulluğun aradan qaldırılacağına dair misallar çəkərək, iddialı vədlər verib.

Bundan başqa, o, qadın hüquqları, LGBT haqları və ətraf mühitin qorunması ilə bağlı seçicilərinə inandırıcı sözlər söyləyib.

COMMENTS