Kloze: “Qvardiolanın köməkçisi olmaq istəyirəm”

Kloze: “Qvardiolanın köməkçisi olmaq istəyirəm”

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze Pep Qvardiolanın köməkçisi olmaq istəyir.

 

Dosye.az qol.az-a istinadən bildirir ki, İtaliya mətbuatının yaydığı xəbərə görə, bu barədə hücumçunun özü deyib.

O bildirib ki, cari mövsümün sonu “Latsio” ilə müqaviləsinin müddəti bitdikdən sonra futbolçu karyerasını başa vurmağı planlaşdırır. Bundan sonra isə Kloze “Bavariya”nın baş məşqçisi Pep Qvardiolanın köməkçisi olmağı çox istədiyini söyləyib: “Onunla işləmək mənim üçün təcrübə olar”.

COMMENTS