Top.Mail.Ru

Köçəryan Paşinyanla debat üçün şərtini açıqladı: “O, psixi sağlamlıq haqqında arayış gətirməlidir”

Köçəryan Paşinyanla debat üçün şərtini açıqladı: “O, psixi sağlamlıq haqqında arayış gətirməlidir”

“Əgər baş nazir postunu tutan adam həkimdən psixoloji və ya başqa problemləri olmadığı barədə arayış gətirsə, biz debatlarda iştirak məsələsini müzakirə edə bilərik”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər Robert Köçəryanın liderliyindəki “Ermənistan” blokunun nümayəndəsi İşxan Saqatelyan tərəfindən səsələndirilib.

“Bizim cavabımız olduqca aydındır. Bizim təslimçi və xainlə danışacaq və ya mübahisə edəcək bir şeyimiz yoxdur. Qarşımızda sadəcə bir gündəm var, o da bu iqtidarı devirməkdir. Lakin bu günlərdə hakimiyyət bizə qarşı antitəbliğat apararaq qaçdığımızı söyləyir. Onun üçün niyyətimizi açıq şəkildə bəyan edirik: əgər bu adam (Paşinyan-red.) əlində tibbi arayşla gəlsə, o zaman debatda iştirak etməyi fikirləşə bilərik”, – deyə, o qeyd edib.

DOSYE.ORG

COMMENTS