Koçaryanla Sarkisyanın gələcək siyasi planları AÇIQLANDI

Koçaryanla Sarkisyanın gələcək siyasi planları AÇIQLANDI

Ermənistan müxalifətinin əsas simalarından biri, “Vətən” partiyasının sədri və Təhlükəsizlik Xidmətinin eks-direkotoru Artur Vanetsyan geniş açıqlamalar verib.

Vanetsyan baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu söyləyib.
“Paşinyan hakimiyyətdən getməlidir. O, 44 gün xalqı aldatdı və sonda kapitulyasiyaya imza atdı. Danışıqlar prosesinin olmaması müharibəyə yol açdı. Paşinyan qan tökülməsinin qarşısını müharibənin əvvəlində ala bilərdi, amma o, professionallara qulaq asmadı və populist siyasətini davam etdirdi”.
Qarabağ məğlubiyyətinə görə, yalnız Paşinyanın məsuliyyət daşıdığını deyən Vanetsyan eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan barədə də fikir bildirib.
“Keçmiş hakimiyyətin təmsilçiləri – Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətə gəlmək iddiasında olmadıqlarını deyiblər. Müxalifətin böhrandan çıxmaq üçün “yol xəritə”si var, amma lider yoxdur. Mən məsuliyyəti öz üzərimə götürməyə hazıram”.
DOSYE.ORG

COMMENTS