“Sumqayıt Tibb Kollecinin direktoru deputat qudasına arxalanaraq qanunsuz işlərə imza atır”.
Bu barəd dosye.org-a məlumat verən mənbə vurğulayır ki, bir müddət əvvəl səhiyyə naziri tərəfindən şiddətli töhmət alaraq vəzifədən kənarlaşdırılmalı idi.
Lakin özünü “əbədi” kollec direktoru hesab edən Rafail Eyvazov günü bu gün də qanuna zidd əməlləri sərbəst həyata keçirir. Etiraf edək ki, sıravi bir kollec direktorunun hegamonluğuna istər icra hakimiyyəti tərəfindən, istərsə də səhiyyə nazirliyi tərəfindən güzəştə olunur. Digər bir məlumatda vurğulanır ki, Sumqayıt ŞİH başçısı Eldar Əzizov şəhərə yeni başçı təyin olunduqdan sonra kollec direktoruna “qapını” göstərib.
Belə ki, Eldar Əzizov şəhər haqqında məlumat əldə edərkən çoxlu şikayətlərin məhz Ə.Əliyev adına Sumqayıt Tibb Kollecindən qaynağlandığını bilərkən belə bir qərara gəlibmiş. Amma Rafail Eyvazovun “krişa” hesab etdiyi deputat qudası məsələni müsbət istiqamətində həllinə nail olub.
Daxil olan son məlumatlara görə Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin direktoru Rafail Eyvazovun adı Ələkrəm Hümbətovla birgə hallanır. Aydın məsələdir ki, vətən xaini Ələkrəm Hümbətov ölkə vətəndaşlığından çıxarıldıqdan sonra “vətəni” Hollandiyaya yola salınıb. Maraqlısı odur ki, kollec direktorunu vətən xaininə birləşdirən dəyərlər hələ də qalır.
Amma bir faktı unutmaq lazım deyil ki, rəhbər olduğu kollecdə kifayət qədər nöqsanlara və qununsuzluğlara yol verən Rafail Eyvazov qanun qarşısında cavab verməli olacaq. Onun ermənipərəst Ələkrəm Hümbətovla münasibətləri haqda məlumat əldə etməyə çalışacayıq.
Dosye.org olaraq inanırıq ki, Sumqayıt ŞİH başçısı Eldar Əzizov və Səhiyyə Naziri Oktay Şirəliyev saytımızda yayımlanan məqaləni nəzərdən keçirəcək. Və kollec direktorunun əməllərinə qiymət veriləcək.
Araşdırmalar davam edir..
Dosye.org
COMMENTS