Komandir məktəblini maşınla vurub öldürdü

Komandir məktəblini maşınla vurub öldürdü

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

DOSYE.ORG “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində – Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.

COMMENTS