Könül Kərimovadan onu parodiya edənlərə: “Sənin işin-gücün yoxdur?”

Könül Kərimovadan onu parodiya edənlərə: “Sənin işin-gücün yoxdur?”

 

Könül Kərimova “Star life”da onu parodiya edənlərdən danışıb.
Xatunun bu yaxınlarda etdiyi açıqlamasında deyib ki, Könülün parodiya olunmaqdan heç də xoşu gəlmir. Könül Kərimova da bu faktı inkar etməyib: “Parodiya olunanda depressiyaya düşürəm. Çox pis hisslərə qapılıram. Bu yaxınlarda Xatun bir çox həmkarlarımı yamsılayıb. Deyib ki, Könülün xoşuna gəlmir. Düz deyib. Həqiqətən də sevmirəm. Bir dəfə demişəm ki, eləməsin. Amma yenə də sağ olsun. Bilir ki, inciyirəm”.

İfaçı, aktyorların onu parodiya etməsini belə bəyənmədiyini deyir: “Aktyor edəndə söz deyə bilmirsən. Dərhal deyirlər ki, bu, bizim işimizdir. Bəs müğənnilər niyə parodiya edir? Adama deyərlər sənin işin-gücün yoxdur? Mən heç təklikdə demirəm ki, məni parodiya eləsinlər. Səsimə qarşı o qədər kompleksim var ki, heç verilişimə tam baxa bilmirəm”. (gecce.az)

COMMENTS