“Koroğlu” metro stansiyası yaxınlığındakı körpüdə daha bir intihara cəhd

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunda, “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüdə qeydə alınıb. Körpüyə çıxan şəxs intihar edəcəyini söyləyib.

 

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər xüsusi hava şarlarından istifadə edərək, təhlükəsizlik tədbirlərinə hazırlıq görüblər.
FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib.
İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu, Bakıda marşrut avtobuslardan birində sürücü işlədiyi bəlli olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

COMMENTS