Top.Mail.Ru

Koronavirus Ermənistanı “koma”ya salacaq

Koronavirus Ermənistanı “koma”ya salacaq

Erməni siyasi şərhçi: “Pandemiya Paşinyan rejimini də bitirə bilər…”  

Koronavirus bütün dünyada olduğu kimi, Güney Qafqazda da yayılmaqdadır. Lakin fərqli sürətlə. Ən son məlumatlara görə, təcavüzkar Ermənistanda 532 yoluxma halı qeydə alınıb. Bu, qonşu Azərbaycan və Gürcüstanla müqayisədə dəfələrlə çoxdur. Əhalisi cəmi 3 milyon olan bir ölkə üçün isə ciddi rəqəmdir. Bu barədə günlərdir erməni siyasi şərhçilərin özləri də yazır, həyəcan təbili çalırlar. Artıq Covid-19 erməni hərbçilər və deputatlar arasında da tapılıb.

Bəllidir ki, qorxulu virus ən çox yaşlı, müqaviməti aşağı və xroniki xəstəlikləri (şəkərli diabet, hipertoniya və s.) olan insanlara ölümcül təsir edir. Ölənlərin statistika məhz buna dəlalət edir. Eyni zamanda, pandemiyanın ölkələrin iqtisadi-maliyyə imkanlarına və gəlirlərinə ciddi və neqativ təsir edəcəyi haqda indidən proqnozlar verilir, hesablamalar aparılır. Heç şübhəsiz, Azərbaycan da hazırkı pandemiya böhranından müəyyən itkilərlə çıxacaq.

Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb - BBC News ...

Amma burası dəqiqdir ki, Covid-19 işğalçı Ermənistan kimi kasıb, zəif, “xroniki xəstəlikləri” olan ölkələri daha çox vuracaq, onları, faktiki, müflis edəcək, çökdürəcək, daxildə böyük ictimai narazılıq dalğası yaradacaq, komaya salacaq, nəticə etibarilə ordunun ərzaq və qida təchizatında da dərin böhrana gətirəcək, nəinki Azərbaycan kimi imkanlı ölkələri. Hər halda, bizim pandemiyadan sonra da ən azından, dünyaya çıxarıb satacağımız neft-qaz ehtiyatımız var. Bəs Ermənistanın? Əgər İrəvan yenə Moskvanın boynundan sallanacağını düşünürsə, indidən bilməlidir ki, koronavirusdan sonra Rusiyanın özünün də iqtisadi-maliyyə problemləri başından aşacaq.

“Ermənistanda elan edilən fövqəladə rejim nəticəsində minlərlə ailə işsiz qalıb, dolanışıq və mövcudluq şansını itirib”.
Azerbaycanrealligi.com xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu barədə Armenianrepor.com portalında erməni siyasi icmalçı Tevos Arşakyanın şərhində deyilir.

Fikrinə davam edən müəllif yazır: “Axı karantin elan edilməzdən əvvəl də adamlar üçün ağır idi. Amma onda heç olmasa, küçəyə çıxıb özlərinə kiçik də olsa, qazanc əldə eləmək və öz ailələrini saxlamaq imkanında idilər. İndi isə belə imkandan da məhrumdurlar. Təbii ki, hətta fövqəladə vəziyyət aprelin sonunda götürülsə belə, – hansı ki, az ehtimallıdır, – onsuz da ağır nəfəs alan ölkə iqtisadiyyatı çətin ki, yaxın 2-3 ildə karantindən əvvəlki duruma qayıda bilsin. Bundan ötrü bizdə, sadəcə, nə hərəkət planı, nə də lazımi pul-vəsait var”.

Ermənistanda koronavirusa görə 100 nəfər karantinə alınıb - 2 yeni ...

Erməni təhlilçi, bununla belə, məmurların və deputatların belə probleminin olmadığına diqqət çəkir: “Onlar üçün dövlət büdcəsindən həmişə pul tapılacaq. Sözçülükdə ittiham edilməyık deyə, nümunə gətirəcəyik. Parlamentin maliyyə sənədilərindən, o sırada deputatlara və aparat əməkdaşlarına 2020-ci ilə ayrılan əməkhaqqı və mükafat fondundan KİV-in əlinə keçən rəqəmlərə əsasən, parlamentin əməkhaqqı üçün ümumi xərcləri 2021-ci ildə 3 milyard 134 milyon, 2022-ci ildə 3 milyard 155 milyon dram təşkil edəcək, 2023-cü ildə isə əməkhaqlarının ödənişinə 3 milyard 172 milyon dram ayrılacaq (hazırkı kursla 6,3 milyon dollardan çox). Özü də xərcin artması deputatlar və dövlət qulluqçularının əməkhaqqının artması ilə izah edilir ki, bu da öz növbəsində ölkə üzrə orta əməkhaqqı ilə əlaqələndirilir. Qeyd olunur ki, yaxın illərdə həmçinin mükafatlar, o cümlədən pul mükafatları ilə bağlı xərclər artacaq. Nümunə üçün: 2020-ci ildə mükafatlara 787 milyon, 2023-cü ildə isə 817 milyon dram (1.63 milyon dollar) nəzərdə tutulur”.

Məqalə müəllifi bütün bunları “vəba zamanı büsat” adlandırır. “İndi budurmu “vəba zamanı büsat”? Özü də Paşinyan bilə-bilə ki, bu gün Ermənistanda yüzlərlə ailə fəlakətli durumdadır və heç bir ümid yoxdur ki, karantin götürüləndən sonra onların güzəranı, heç olmasa, bir az yaxşılaşacaq. Əlbəttə ki, iqtisadiyyatda böhran artacaq. Böhrandan çıxmaq üçün isə bütün ölkə iqtisadiyyatının modernləşməsi üzrə miqyaslı proqram lazımdır. Lakin hakimiyyətin nə belə bir proqramı, nə də onun üçün vəsaiti var. Əvəzində deputatların və parlament aparatı işçilərinin əməkhaqqını və mükafatlarını artırmaq üçün pul var. Aydındır ki, məqsəd deputat və məmurları sadəcə, yedizdirmək yox, həm də onların loyallığını təmin eləməkdir. Yemək axtaran xalq isə çətin ki, rejimə təhlükə kəsb eləsin. Ancaq aldanışa gərək yox: keçmiş hakimiyyət də hesab edirdi ki, ac xalq qorxulu deyil. Nə ilə bitdi bu – hamımız bilirik. Odur ki, “vəba zamanı büsat” qurmağa dəyməz. Yoxsa bu büsat Ermənistanda növbəti siyasi rejimin təmtəraqlı yas mərasiminə çevrilə bilər”, – deyə o, sonda hakimiyyəti hədələyib.

DOSYE.ORG

 

COMMENTS