Koronavirus Paşinyanın ətrafına da çatdı

Koronavirus Paşinyanın ətrafına da çatdı

Ermənistan hökuməti Aparatının kadrlar şöbəsində iki əməkdaşa koronavirus diaqnozu qoyulub.

Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armeniya”ya baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan məlumat verib.

Onun dediyinə görə, bir gün əvvəl koronavirus üçün testdən keçən əməkdaş və onunla təmasda olmuş şəxs təcrid olunublar.

M.Gevorkyan srağagün işçilərin hərarətinin ölçüldüyünü və onlardan birinin temperaturunun yüksək olduğunu söyləmişdi. Test aprılıb və onunla təmasda olmuş şəxslərin dairəsi müəyyənləşdirilib.

DOSYE.ORG

COMMENTS