“Koronavirus pis insanlara yaxın durmur” – Xoşqədəm Hidayətqızı

“Koronavirus pis insanlara yaxın durmur” – Xoşqədəm Hidayətqızı

Tele-aparıcı Xoşqədəm Hidayətqızı insanları koronavirusdan ehtiyatlı olmağa çağırıb. 

Xoşqədəm Hidayətqızı İnstaqram hesabında hekayə bölümündə video paylaşaraq bu sözləri qeyd edib:
“İnşallah ki, sağlamlığınız yerindədir. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun, amma nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. Fırıldaqçı, iyrənc, pisliklərlə dolu insanlara toxunmur, amma neçə-neçə yaxşı insanlar, gənclərimiz gedir.
İnanın mənə, tanıdım-tanımadığım haqqında yaxşı danışılan və koronanın aldığı canları eşidəndə çox ağlayıram”.
DOSYE.ORG

COMMENTS