Koronavirusdan ölənlərin yandırılması qərarı müsəlmanları ayağa qaldırdı…

Koronavirusdan ölənlərin yandırılması qərarı müsəlmanları ayağa qaldırdı…

Şri Lankada koronavirusdan ölən şəxslərin cəsədlərinin yandırılmasına qərar verilib. Ölkədəki müsəlmanlar sözügedən qərarı sərt reaksiya ilə qarşılayıblar.
 
Qərardan sonra Ali Məhkəmyə müraciət etsələr də, heç bir dəyişiklik baş verməyib. Müsəlman ailələr sözügedən qərardan sonra yaxınlarının cəsədlərini götürməyərək qərara etiraz ediblər.
Ölkədəki səhiyyə işçiləri müsəlman ailələrin yaxınlarını İslam qaydalarına uyğun şəkildə dəfn etmək istədiklərini, buna görə də təxminən 10 gündür 19 cəsədin morqda qaldığını bildiriblər.
DOSYE.ORG

COMMENTS