Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi

Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi

Kanadalı ixtiraçı Əzin Əl-Qeysi koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə hazırlayıb.
Xəbəri BBC agentliyi yayıb.
Dəbilqə baş və sinə hissəsini tamamilə örtür, həmçinin, üz sipəri ilə təmin edilib.
Cihazın arxa tərəfinə batareyalarla işləyən hava təmizləyici filtr yerləşdirilib.
Əl-Qeysi cihaza BioVYZR adını verib.
İxtiraçı bildirib ki, dəbilqənin batareyası bir dəfə doldurma ilə 12 saata qədər fasiləsiz işləyə bilir.
O əlavə edib ki, hazırda təxminən 10 min insan dəbilqəni almaq üçün müraciət edib.
DOSYE.ORG

COMMENTS