Koronavirusun yayılmasının əsas üsulu müəyyən edildi

Koronavirusun yayılmasının əsas üsulu müəyyən edildi

ABŞ alimləri müəyyən ediblər ki, koronavirus səthdən (üzdən) deyil, əsasən hava aerozolları vasitəsilə ötürülür.

“Report” bildirir ki,”Annals of Internal Medicine” jurnalında dərc edilmiş məqalədə belə deyilir.

“Hallar (koronavirusa yoluxma-red.) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının və virusa yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülməsinin əsas amillərindən olduğunu göstərir”, – məqalədə bildirilir.

Qeyd edilir ki, ən çox koronavirus hissəcikləri birinci simptomların yaranmasına (meydana çıxmasına) qədər bir gün əvvəl yoluxanlarda müşahidə olunur. Sonrakı bir həftə ərzində onların sayı tədricən azalır.

Alimlər bu nəticəyə gəliblər ki, xəstəliyin erkən mərhələsində olan insanlar yoluxuculuq nöqteyi-nəzərindən ən təhlükəlidirlər.

DOSYE.ORG

COMMENTS