Top.Mail.Ru

Koronaya görə bəzi dustaqlar azadlığa buraxılır

Koronaya görə bəzi dustaqlar azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Dosye.org xəbər verir ki, bu barədə Report-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib:

“Artıq həmin müraciətə əsasən, cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu proses aprel ayınadək davam edəcək”.

DOSYE.ORG

COMMENTS