Koronaya yoluxduğunu gizlədənlərə ağır cəza… – Rusiyada sərt qanun

Koronaya yoluxduğunu gizlədənlərə ağır cəza… – Rusiyada sərt qanun

Koronavirusun sürətlə yayıldığı Rusiyada Duma son dərəcə sərt epidemiya qanunu qəbul edib. Qanun layihəsində pul və həbs cəzaları nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, Dumanın qəbul etdiyi “Yoluxucu xəstəlik haqqında” qanuna əsasən, hakimiyyətin elan etdiyi koronavirus tədbirlərinə tabe olmayan şəxslərin terrorçu elan edilməsi mümkün olacaq.

Yeni qanun rus hökumətinə bəlli regionlarda və ölkə çapında epidemiyanın səviyyəsindən asılı olaraq, fövqəladə vəziyyət elan etməyə imkan verəcək. Qanun layihəsində şəxslərə yönəlik cəzalar da nəzərdə tutulub. Xəstə olduğunu gizlədərək birdən çox insana virus yoluxduran şəxsin 1 milyon rubl (12 min ABŞ dolları) cəzalandırılması qanunda təsbit olunub. Həmin şəxsin yoluxdurduğu insanın virusdan öləcəyi təqdirdə cərimə məbləği 2 milyon rubl olacaq. Qanuna görə, virusu qəsdlə yaydığı təsbit olunan şəxslər “Rusiyada xalqın sağlamlığına zərər vermək, teror” ittihamı ilə müxtəlif müddətə həbs edilə bilər.

Qanun layihəsi Dumadan sonra parlamentin yuxrı qanadı olan Federal Məclisdə qəbul edilməlidir.
Bundan sonra Prezident Putin qanunu imzalamalıdır.

DOSYE.ORG

COMMENTS