Kral ailəsində gərginlik

Kral ailəsində gərginlik

Şahzadə Harrinin hamilə həyat yoldaşı Meqan Markl evdə doğuş keçirmək variantlarını gözdən keçirir. O, bununla bağlı həkimlərlə də məsləhətləşir. Mənbənin sözlərinə görə, o, ailənin digər qadınlarından seçilməyə çalışır.

İndi o, əri ilə birlikdə Londondakı Müqəddəs Məryəm Xəstəxanasına alternativlər axtarırlar. Həmin xəstəxanada şahzadə Diana və Keyt Middlton öz övladlarını dünyaya gətiriblər. Mümkün yerlərdən biri isə cütlüyün Vindzordakı malikanəsidir. Ənənələrə görə, doğuşdan bir neçə saat sonra yenicə ana olan Meqan küçəyə çıxmalı, britaniyalılar da yeni doğulan körpəni salamlamalıdır. Bu səbəbdən də əgər Meqan Markl evdə doğuş variantını seçsə, Britaniya kral ailəsinin qanunlarını tapdamış olacaq.

Bu ilin sentyabrında Meqan onsuz da kral ailəsinin önəmli bir etiket qaydasını pozmuşdu. O, rəsmi tədbirlərdən birində maşından düşərkən, qapını özü bağlamış və məsul şəxsin bunu etməsinə imkan verməmişdi.

Dosye.org

COMMENTS